Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rayonumuzun uğurları üçün çalışan musiqi məktəbi

0

  •         19.06.2017-ci il tarixdə Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbinin  hesabat xarakterli musiqili son zəng tədbiri keçirildi. Məktəbin akt zalında baş tutan tədbirdə Xocalı rayon İH-nin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, mədəniyyət işçiləri, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
            2014-cü ildən Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbinin direktoru təyin edilən Rüstəm Hümbətov çıxış edərək məktəbin fəaliyyəti, cari ildə nailiyyətləri və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi. Rüstəm müəllim məlumat verdi ki, bu il məktəbdə 25 nəfər üçün son zəng çalınıb. Şagirdlərdən Əliyev Dövran Natiq oğlu, Məmmədova Elnaz Eyvaz qızı və Qurbanova Nuranə Əli qızı öz ixtisasları üzrə dəfələrlə Respublika müsabiqələrində iştirak etmiş, Fəxri Fərman və hədiyyələrlə təltif olunmuşlar. Musiqi məktəbində 36 nəfər müəllim, 2 texniki işçi çalışır və 122 şagird təhsil alır. Məktəbin binası Azərbaycan Respublikası Daxili İşlər naziri Cənab Ramil Usubov tərəfindən tikdirilərək Xocalı sakinlərinin istifadəsinə verilib.
            Hesabat xarakterli son zəng tədbirində iştirak edən Lamiyə xanım Qarayeva musiqi məktəbinin fəaliyyətini yüksək dəyərləndirdi, müəllim və şagird kollektivinə uğurlar arzuladı.
            Məktəbin müvəffəqiyyətlərinə görə fərqlənən şagirdləri Fəxri Fərmanla təltif olundular.










    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib49 dəfə
    Rayonumuzun uğurları üçün çalışan musiqi məktəbi

    Maraqlı gələ bilər
    51
    169
    53